"Ölkədə dağıdıcı zəlzələ baş verəndə və meşə yanğınları alovlananda Türkiyəyə ilk reaksiya verən və yardım təklif edən ölkələrdən biri Rusiya olub".
Bizim.Media TASS-a istinadən xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşü zamanı deyib.
Rusiya prezidenti Vladimir Putinin sözlərinə görə, bu, iki ölkə arasında münasibətlərin xüsusi dostluq xarakteri daşıdığını deməyə əsas verir.
“Bütün bunlar onu deməyə əsas verir ki, biz Rusiya-Türkiyə münasibətlərini çox yaxşı və yüksək səviyyəyə çatdırmışıq və bu, bizim qarşılıqlı fəaliyyətimizin bütün sahələrinə təsir edir”, - Putin vurğulayıb.
Bizim.Media