Qonşu Dağıstan Respublikasının Dərbənd şəhərində yaşayan soydaşlarımız 1 sentyabr - yeni dərs ilinin başlamasını böyük coşqu ilə qeyd ediblər.
Bizim.Media xəbər verir ki, Sovet İttifaqı Qəhrəmanı Şəmsulla Əliyevin adını daşıyan və Azərbaycan dilinin tədris olunduğu 4 nömrəli məktəbin müəllimi Dilarə Seyidovanın hazırladığı tədbir şagird və valideynlərin böyük marağına səbəb olub.
Dərbənddəki bu təhsil ocağı bir neçə il öncə Azərbaycanın Birinci Vitse-Ptezidenti Mehriban Əliyevanın təşəbbüsü və Heydər Əliyev Fondunun maddi dəstəyi ilə əsaslı şəkildə təmir edilib.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu