Rusiyanın Tver vilayətində RA-02795 nömrəli təyyarə qəzaya uğrayıb.
Bizim.Media “Baza”ya istinadən xəbər verir ki, təyyarə “Vaqner” hərbi birləşməsinin rəhbəri Yevgeni Priqojinə məxsusdur.
Rusiya Rusiya Federasiyasının Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, təyyarə qəzası zamanı 10 nəfər həlak olub.
Ehtimallara görə, Priqojin də qəzaya uğrayan təyyarənin sərnişinləri arasında olub.
Bəzi telegram kanallarında yayılan məlumatlara görə, təyyarənin qəzaya uğramasına səbəb göyərtəsində terror aktı olub. “Vaqner” şirkətinə yaxın olan “Gray Zone” teleqram kanalında isə təyyarənin hava hücumundan müdafiə sistemi vasitəsi ilə açılan atəşlə vurulduğu qeyd edilib.
Priqojinin ikinci təyyarəsi artıq hava limanına doğru yol alıb.
Bizim.Media