AZAL Bakıdan Naxçıvana uçmaq istəyənlərə MÜRACİƏT ETDİ 

AZAL Bakıdan Naxçıvana uçmaq istəyənlərə MÜRACİƏT ETDİ 

Hazırda oxunan: AZAL Bakıdan Naxçıvana uçmaq istəyənlərə MÜRACİƏT ETDİ 

151770

Bakı-Naxçıvan-Bakı marşrutu üzrə aviadaşımalara tələbatın gözlənilən artımını nəzərə alaraq bu şəhərlər arasında səyahət etməyi planlaşdıran sərnişinlərə aviabiletləri öncədən əldə edilməsi tövsiyə olunur. 

Bizim.Media xəbər verir ki, bu barədə "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) sərnişinlərə müraciətində bildirilib. 

"Aviadaşımaların pik dövrləri hər zaman sərnişin axınının və uçuşlara tələbatın artması ilə müşayiət olunur. Bununla əlaqədar olaraq, aviaşirkət sərnişinlərə ən yaxşı uçuş vaxtını təmin etmək və mümkün narahatlığın qarşısını almaq üçün biletləri əvvəlcədən almağı məsləhət görür. 
AZAL Bakıdan Naxçıvana və geriyə müntəzəm uçuşların sayını artıraraq gündə 10 reysə çatdırıb. Zərurət olduqda, aviaşirkət sərnişinlərin tələbatını ödəmək üçün əlavə reyslər açmağa hazırdır. 

Aviabiletləri aviaşirkətin www.azal.az rəsmi saytından və ya AZAL-ın kassalarından əldə etmək mümkündür. 

Aviaşirkət www.azal.az saytından aviabiletlərin əldə edilməsi haqqında ətraflı məlumatı özündə əks etdirən video-təlimat hazırlayıb. Video-təlimatla aşağıdakı linkdən tanış ola bilərsiniz: //youtu.be/9PiPTkNkBSU. 

Əlavə suallar yarandığı təqdirdə sərnişinlər [email protected] elektron ünvanı və ya +994(55) 204 65 54 “WhatsApp” nömrəsi vasitəsilə çağrı mərkəzinə müraciət edə bilərlər", - deyə müraciətdə qeyd olunub. 
 


Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO