NİİM-dən sürücülərə XƏBƏRDARLIQ - VİDEO 

NİİM-dən sürücülərə XƏBƏRDARLIQ - VİDEO 

Hazırda oxunan: NİİM-dən sürücülərə XƏBƏRDARLIQ - VİDEO 

151722

Dayanma və durma qaydalarını pozan bəzi sürücülər cərimə olunmaqdan yayınmaq üçün müxtəlif üsullardan istifadə etməyi davam etdirirlər. 

Bizim.Media xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin məlumatında deyilir. 

Məlumata görə, NİİM-in müşahidə kameralarının qeydə aldığı videogörüntülərdən də aydın olur ki, bəzi sürücülər dayanma və durma qaydalarını pozmalarına baxmayaraq, avtomobilin dövlət qeydiyyat nişanının görünüşünü məhdudlaşdırmağa çalışırlar: 

“Ancaq həmin sürücülərə xatırlatmaq istəyirik ki, qayda pozuntusu müşahidə kameraları vasitəsi ilə qeydə alınır və sürücünün inzibati məsuliyyətə cəlb edilməsi məqsədilə həmin əraziyə yol polisi əməkdaşları dəvət edilir.
Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 346.1-ci və 346.2-ci maddələrinə əsasən dayanma və durma qaydalarının pozulmasına görə iyirmi və qırx manat məbləğində cərimə nəzərdə tutulubsa, Məcəllənin 342.9-cu maddəsinə əsasən nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının görünüşünü çətinləşdirən örtüklərdən və ya qurğulardan istifadə edilməsinə görə beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə cərimə tətbiq edilir”. 
 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO