Xarici diplomların tanınması qaydaları təsdiqlənib.
Bizim.Media xəbər verir ki, mövzuya Elm və Təhsil Nazirliyi yanında ictimai şuranın üzvü İlqar Orucov münasibət bildirib.
Onun sözlərinə görə, yeni qaydalarda əsas məqamlardan biri də xaricdə ali təhsil üzrə ixtisasların tanınmasında iki formanın müəyyənləşməsidir:
“Onlardan biri akademik, digəri isə peşə tanınmasıdır. Xarici diplom sahiblərinə Azərbaycanda işləmək və təhsilini davam etdirmək hüququ verilib.
Tanınma üzrə ümumi tələblər sırasında müvafiq kvalifikasiyaya dair sənədin əldə olunduğu təhsil müəssisəsinin fəaliyyət göstərdiyi ölkədə səlahiyyətli keyfiyyət təminatı qurumu tərəfindən akkreditasiyadan keçməsi və dövlət lisenziyasının olması da yer alıb.
Yeni qaydalar prosesin daha şəffaf şəkildə həyata keçirilməsinə şərait yaradacaq”.
Daha ətraflı videomaterialda:
Bizim.Media