Pakistanlıların Azərbaycan sevgisini artıran səbəblər? - Ölkəmizə ən çox turist... STATİSTİKA - VİDEO

Pakistanlıların Azərbaycan sevgisini artıran səbəblər? - Ölkəmizə ən çox turist... STATİSTİKA - VİDEO

Hazırda oxunan: Pakistanlıların Azərbaycan sevgisini artıran səbəblər? - Ölkəmizə ən çox turist... STATİSTİKA - VİDEO

151393

Son günlər şəhərimizə gələn xarici turistlərin içərisində ən çox Pakistanlılar diqqətimizi cəlb edir. Ölkəmizə bir çox ölkələrdən fərqli maraqlara görə gələn xarici vətəndaşlar həm də müxtəlif üsullarla səfər edir. Yəni bəzisi tur şirkətləri vasitəsi, bəziləri də viza alaraq. 

Azərbaycana gələn turistlər daha çox hansı ölkələrdən və hansı üsullarla gəlir? 

Şəhərimizə gələn turistlərin arasında keçirdiyimiz  sorğuya əsasən Pakistanlıların ölkəmizə böyük maraq və sevgisi var. Həmçinin onlar ölkəmizə həm tur şirkətləri, həm də viza almaqla çox rahat gələ bildiklərini deyirlər. Sözügedən sorğunu  təqdim edirik. 

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən “Avrasiya Miqrasiya Təşəbbüsləri Platforması” İctiai Birliyinin sədri Azər Allahverənovun sözlərinə görə statistik göstəricilərə baxdıqda bu il ölkəmizə ötənilkindən daha çox sayda turist daxil olub.

Ekspertin bildirib ki tək 2-3 ayın statistikasinda deyil, əvvəlki ayların statistikasında ilk üçlükdə Rusiya, Türkiyə və İran qərarlaşırsa amma indi Səudiyyə Ərəbistan ya digər dövlətlər İranı bir qədər sıxışdırdırıb. 

“Ölkələrə gəldikdə isə burda ölkələr arasinda iyun ayı üçün ilk beşliyə birinci yerə Rusiya 71700 nəfər, ikinci yerdə Türkiyə 34000, üçüncü Hindistan 12900, İran 12700 və Səudiyyə Ərəbistan 8400 nəfər sayla beşinci yerdədir. İyul ayında isə Rusiya 72400 nəfər olmaqla artım müşahidə olunub, Türkiyə 31300, Səudiyyə Ərəbistan 21900, İran 14500 və Gürcüstan 8700 nəfər olub. Bu bir daha onu göstərir ki, ilk beşliyə daxil olan birinci və ikinci yerlər dəyişməz qalir. Amma digər tərəfdən iyul ayında Hindistan, Pakistan, BƏƏ, İsrail və digər əcnəbilərin sayının artımda da müşahidə olunur’’ 

Ekspert keçən ayın statistik göstəricilərində ən çox Rusiyadan xaricilərin gəldiyini diqqətə çatdırıb. 

‘’Ölkə ərazisinə  keçən ay daxil olan əcnəbilərin ümumi sayı isə 224826 nəfər daxil olubsa 32,2 faizi Rusiya, 13,9 faizi Türkiyədir və İran 6,4 faizlə üçüncü yerdədir’’ 
 


Röyanə Oğuz, Bizim.Media
Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO