Bu il 28 iyul – 1 avqust tarixləri arasında Bakıda keçirilməsi planlaşdırılan “Jara” beynəlxalq musiqi festivalı haqda yeni xəbər var.
Bizim.Media xəbər verir ki, bu haqda tədbirin təşkilatçılarından biri, Xalq artisti Emin Ağalarov “Instagram” hesabında məlumat yayıb.
Onun sözlərinə görə, 5-ci “Jara” festivalı ilk dəfə Bakıda deyil, Rusiyada 23-27 iyun tarixlərində Moskvanın “Lujniki” stadionunda açıq havada keçiriləcək:
“5 gün baş tutacaq festivala 200 sənətçi qatılacaq”.
Bizim.Media