Prezident Pənahəli xanın dağıdılmış sarayında - VİDEO

Prezident Pənahəli xanın dağıdılmış sarayında - VİDEO

Hazırda oxunan: Prezident Pənahəli xanın dağıdılmış sarayında - VİDEO

14963

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva martın 16-da Şuşa şəhərində olublar.

Bizim.Media xəbər verir ki, səfər çərçivəsində onlar ermənilərin viran qoyduğu Pənahəli xan sarayına baş çəkiblər.

 

MÖVZU İLƏ BAĞLI:

İlham Əliyev: "Şuşanın dağları qarlı, dumanlı..." - VİDEO


"Şuşanı quran Pənahəli xan özü üçün burada saray tikdirib. Görün, ermənilər nə günə salıblar bu sarayı?! Tarixi abidə idi.  Mənfur düşmən gəlib, bizim torpağımızı zəbt edib, insanları qovub, tarixi abidələri dağıdıb, söküb, vandallıq, barbarlıq edib. Bütün beynəlxalq təşkilatlar gəlsinlər, görsünlər.

Erməniləri müdafiə edən, onları dəstəkləyən, onlara həmişə arxa-dayaq olan qüvvələr gəlsinlər, görsünlər, ermənilər burda nə edib.

Azad edilmiş torpaqlar erməni vəhşiliyinin şahididir. Dünya tarixində belə, buna oxşar vəhşilik, bəlkə də, olmayıb”,- dövlət başçısı sarayın qalıqları olan ərazidə danışarkən qeyd edib.

Prezident həmçinin, Pənahəli xanın sarayının bərpa olunacağını qeyd edib.

Bizim.Media
 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO