Şadlıq evindəki yanğın SÖNDÜRÜLDÜ - YENİLƏNİB - FOTO/VİDEO  

Şadlıq evindəki yanğın SÖNDÜRÜLDÜ - YENİLƏNİB - FOTO/VİDEO  

Hazırda oxunan: Şadlıq evindəki yanğın SÖNDÜRÜLDÜ - YENİLƏNİB - FOTO/VİDEO  

149451

Sumqayıt şəhərində yerləşən “Green House” şadlıq evində baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən söndürülüb. 

Bu barədə Bizim.Media-ya FHN-dən bildirilib. 

Qeyd edilib ki, havanın küləkli olması yanğınla mübarizə tədbirlərini çətinləşdirsə də yanğınsöndürənlərin çevik və peşəkar fəaliyyəti sayəsində yanğın qısa müddətdə söndürülüb. 

Hadisə zamanı xəsarət alan olmayıb. 

*** 16:03

Sumqayıt şəhərində yerləşən “Green House” şadlıq evində yanğın baş verib və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. 

Bizim.Media xəbər verir ki, bu barədə FHN məlumat yayıb. 

Bildirilib ki, yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində havanın küləkli olmasına baxmayaraq, yanğın geniş sahəyə yayılmasına imkan verilmədən qısa müddətdə məhdudlaşdırılıb. 

Hazırda yanğının tam söndürülməsi istiqamətində zəruri və təxirəsalınmaz tədbirlər davam etdirilir. 

Əlavə məlumat veriləcək. 

*** 15:10

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon Sumqayıt şəhərində şadlıq evində yanğın olması barədə ilkin məlumat daxil olub. 

FHN-dən Bizim.Media-ya verilən xəbərə görə, məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub. 

Hazırda yanğınsöndürmə işləri həyata keçirilir. 

Əlavə məlumat veriləcək. 

*** 14:58

Sumqayıtda restoranda yanğın başlayıb. 

Bizim.Media “unikal.az”a istinadən xəbər verir ki, şəhərdə yerləşən "Green House" şadlıq sarayı yanır. 

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunub. 

Yanğının görüntüsünü təqdim edirik: 








Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO