Meksikada keçirilən 18-ci ənənəvi qastranomiya sərgisində ən uzun sendviç hazırlamaq üzrə yerli rekord qırılıb.
Bizim.Media xəbər verir ki, 70-ə yaxın insanın iştirak etdiyi prosesdə, aşpazlar 50 müxtəlif içlikdən istifadə edərək 75,2 metr uzunluğunda sendviç hazırlayıblar.
Daha sonra nəhəng sendviç doğranaraq festival iştirakçılarına paylanılıb. Çəkisi təxminən 900 kiloqram olan nəhəng sendviçin uzunluğu ötənilki 74 metrlik rekordu geridə qoyub.
Bizim.Media