Gəncə və Ağstafada qanunsuz tikintinin qarşısı ALINDI - FOTO/VİDEO 

Gəncə və Ağstafada qanunsuz tikintinin qarşısı ALINDI - FOTO/VİDEO 

Hazırda oxunan: Gəncə və Ağstafada qanunsuz tikintinin qarşısı ALINDI - FOTO/VİDEO 

149419

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti və Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən respublika ərazisində qanunsuz tikintilərlə bağlı birgə tədbirlərin həyata keçirilməsi davam etdirilir. 

FHN-dən Bizim.Media-ya verilən xəbərə görə, Ağstafa şəhərinin Səməd Vurğun küçəsində, Gəncə şəhərinin Cümhuriyyət küçəsi və N.Nərimanov prospektində qeyri-yaşayış obyektlərinin müvafiq qurumlarla razılaşdırılmadan qanunsuz tikintisi faktları aşkar edilib. 

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti və Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən həyata keçirilən müvafiq tədbirlər nəticəsində qanunsuz tikinti işlərinin qarşısı alınıb və obyektlər nəzarətə götürülüb. 
 









Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO