Yaşayış binasında köməksiz qalanlar belə xilas OLUNDU - VİDEO 

Yaşayış binasında köməksiz qalanlar belə xilas OLUNDU - VİDEO 

Hazırda oxunan: Yaşayış binasında köməksiz qalanlar belə xilas OLUNDU - VİDEO 

148365

Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinə Səbail rayonu, Nizami küçəsində çoxmənzilii yaşayış binasında vətəndaşın bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. 

FHN-dən Bizim.Media-ya verilən xəbərə görə, məlumatla əlaqədar FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri dərhal çağırış ünvanına cəlb olunub. 

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən üçmərtəbəli yaşayış binasının ikinci mərtəbəsində yerləşən mənzildə qapının kilidinin sınması nəticəsində biri azyaşlı olmaqla 2 nəfər vətəndaşın köməksiz vəziyyətdə qalması müəyyən edilib. 
Xilasedicilər əməliyyat şəraitinə uyğun təhlükəsizlik qaydalarına riayət etməklə 3 mərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində yerləşən mənzilə pəncərədən daxil olmuş və xüsusi alət və avadanlıqlar vasitəsi ilə qapının kilidini açaraq vətandaşların xilas olunmasını təmin ediblər. 
 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO