"Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması asan deyil, amma bunun alternativi yoxdur".
Bizim.Media TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə deyib.
O bildirib ki, Rusiya Azərbaycanla Ermənistan arasında sülh danışıqları üzrə təmasların yaxın aylarda reallaşacağına ümid edir.
Bizim.Media