Ağ Ev Baydenin itinin insanlara hücum etməsinin səbəbini AÇIQLADI - VİDEO

Ağ Ev Baydenin itinin insanlara hücum etməsinin səbəbini AÇIQLADI - VİDEO

Hazırda oxunan: Ağ Ev Baydenin itinin insanlara hücum etməsinin səbəbini AÇIQLADI - VİDEO

148019

Ağ Evin mətbuat katibi Karin Jan-Pyer ABŞ prezidenti Co Baydenin itinin insanlara hücum edərək dişləməsinə münasibət bildirib. 

Bizim.Media xəbər verir ki, o bu barədə keçirdiyi brifinqdə danışıb. 

Jurnalistlərdən biri “Komanderin ( ABŞ prezidenti Baydenin iti - red.) problemləri var. O yenə kimisə dişləyib. Bu barədə deyə bilərsiniz, nə baş verir və itin başqa evə köçürülməsi gözlənilirmi?" sualını ünvanlayıb. 

Karin Jan-Pyer cavabında bildirib ki, ABŞ prezidenti Co Baydenin itinin insanlara hücum etməsinə Ağ evdəki gərginlik səbəb olur. 

O, Ağ Evin heyvanlar üçün ən stresli bir mühit olduğunu açıqlayıb: 

“Bildiyiniz kimi, Ağ Evdə hər şey çox unikal və gərgindir. Mən əminəm ki, siz bunu başa düşürsünüz. Və dediyim kimi, Ağ Evdə bizim hamımız üçün vəziyyət gərgindir. Təsəvvür edə bilərsinizmi ki, bu, bir ev heyvanı üçün nə deməkdir?” 
Qeyd edək ki, ABŞ prezidenti Baydenin Alman Çoban iti dörd ay ərzində yeddi nəfəri dişləyib. Başqa bir Mayor adlı Bayden iti oxşar davranışlarına görə Ağ evdən qovulub. İki yaşlı Komander ləqəbli it Ağ Evdə qalsa da, davranışı yaxşı olmayıb. 
 


Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO