Bakıda uşağın barmağında qalan dəmir halqanı FHN-in xilasediciləri çıxarıb.
Bizim.Media xəbər verir ki, "112" telefon xəttinə Nəsimi rayonunda uşağın barmağında dəmir halqanın sıxışması səbəbindən köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.
Təcili tibbi yardım briqadasının iştirakı ilə həyata keçirilən xilasetmə tədbirləri nəticəsində halqanın müvafiq qaydada çıxarılması təmin edilib.
Bizim.Media