Yasamalda evdə yanan kişi əlil olub - VİDEO

Yasamalda evdə yanan kişi əlil olub - VİDEO

Hazırda oxunan: Yasamalda evdə yanan kişi əlil olub - VİDEO

147652

Yasamalda yaşlı kişi evdə yanaraq dünyasını dəyişib.

Bizim.Media xatırladır ki, yanğın hadisəsi səhər saatlarında Zərdabi küçəsi 71a-ünvanında çoxmərtəbəli yaşayış binasında qeydə alınıb.

Sözügedən binanın 7-ci mərtəbəsində mənzillərdən birindən tüstü çıxdığını görən qonşular dərhal yanğınsöndürənlərə məlumat veriblər.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, ümumi sahəsi 80 kv/m² olan 2 otaqlı mənzilin 1 otağında yanar konstruksiyaları  və 1 ədəd kondisioner yanıb. Yanğın yerinin kəşfiyyatı zamanı 1 nəfərin meyiti yanginsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

Yanğın zamanı xilasedicilər tərəfindən 25 nəfər bina sakini də təhlükəsiz əraziyə təxliyə olunub. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.
Qonşu qadının sözlərinə görə, ölən şəxs əlil olub:

“Ona baxan şəxs evdə olmayıb. Həmin vaxt bura gəlirmiş. Yəqin uzaqda yaşayır”. 

Mövzu ilə bağlı daha ətraflı videomaterialda:
 


Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO