Bakıda yeniyetmənin barmağında qalan dəmir halqa çıxarılıb.
Bizim.Media xəbər verir ki, hadisə paytaxtın Xətai rayonunda qeydə alınıb.
Belə ki, yeniyetmənin barmağında dəmir halqa sıxışaraq qalıb.
Onun yaxınları bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə müraciət edib.
Məlumatla əlaqədar FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub. Təcili tibbi yardım briqadasının iştirakı ilə həyata keçirilən xilasetmə tədbirləri nəticəsində halqanın müvafiq qaydada çıxarılması təmin edilib.
Bizim.Media