Türkiyə İsveçin NATO-ya daxil olmasına icazəsini verib.
Bizim.Media AZƏRTAC-a istinadən xəbər verir ki, müvafiq razılaşma barəsində mətbuat konfransında NATO-nun Baş katibi Yens Stoltenberq məlumat verib.
Məlumata görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Yens Stoltenberq və İsveçin Baş naziri Ulf Kristersson arasında keçirilən üç tərəfli görüşün nəticəsində İsveçin alyansa daxil olmasına razılıq əldə olunub.
Bizim.Media