Gənc balabançının aləti itdi, polis tapdı - VİDEO

Gənc balabançının aləti itdi, polis tapdı - VİDEO

Hazırda oxunan: Gənc balabançının aləti itdi, polis tapdı - VİDEO

14528

Bir neçə gün əvvəl Prezident təqaüdçüsü balaban ifaçısı, adı Azərbaycanın gənc istedadlarının "Qızıl kitabı"na yazılan Nicat Məsimov Səbail rayonunda yerləşən Xaqani bağında olan zaman içərisində qədim balaban alətləri olan çantasını itirib.

Bu barədə Bizim.Media-ya Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, bundan sonra N.Məsimov yaşı təxminən 100-150 il olan alətlərin tapılması üçün ərazi üzrə Səbail Rayon Polis İdarəsinin 39-cu Polis Bölməsinə müraciət edib.

 

MÖVZU İLƏ BAĞLI:

Bakıda marketdən 9 min manat pul götürüldü - Oğurluq anından GÖRÜNTÜLƏR


Bölmə əməkdaşlarının həyata keçirdikləri axtarışlar nəticəsində N.Məsimovun çantasını tapan, amma qaytarmaq üçün polis orqanlarına təhvil verməyərək özündə saxlayan şəxs qısa zamanda müəyyən edilib.

Onun şəxsiyyəti dəqiqləşdirilib və balabanlar polislər tərəfindən qeyd edilən şəxsdən alınaraq N.Məsimova geri qaytarılıb.

N.Məsimov balabanların qısa zamanda tapılaraq ona geri qaytarılmasında göstərdikləri operativliyə və onun müraciətinə belə həssas yanaşdıqlarına görə polis əməkdaşlarına təşəkkürünü bildirib.

Bizim.Media
 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO