Rusiyada uzun ömürlülük 17 ildə ilk dəfə azaldı - VİDEO

Rusiyada uzun ömürlülük 17 ildə ilk dəfə azaldı - VİDEO

Hazırda oxunan: Rusiyada uzun ömürlülük 17 ildə ilk dəfə azaldı - VİDEO

14525

2020-ci ildə Rusiyada uzun ömürlülük 2019-cu ildəki 73,3 yaşdan 71,1 yaşa enib.

Bizim.Media xəbər verir ki, bu haqda məlumatı “trtrussian.com” saytı Milli İnkişaf Məqsədlərinə nail olmaq üçün yaradılan və 2030-cu ilədək planlaşdırılan vahid hökumət planı layihəsinə istinadən yayıb.

 

MÖVZU İLƏ BAĞLI:

Yaşlılar pendir yeməsin  - Həkimdən XƏBƏRDARLIQ


Mənbə bildirir ki, 2020-ci ildə ölkədə uzun ömürlülük 2003-cü ildən bəri ilk dəfə azalıb. 

Bu, 2020-ci ilin aprel-dekabr aylarında 358 min nəfər təşkil edən ölümlərin çoxluğu ilə əlaqədardır.

Rusiya hökumətinin planlarına görə, ölkə 2019-cu il səviyyəsinə üç ildən sonra 2024-cü ildə qayıda biləcək. 

Beləliklə, sənədə əsasən, bu il göstərici 71,7 il, 2022-ci ildə 72,3 il, 2023-cü ildə 72,9 il, 2024-cü ildə 73,6 il olacaq.

Altı ay əvvəl səlahiyyətlilər rusların 2024-cü ildə ömrünün 75,2 ilə çatacağına ümid edirdilər.

Prezident Vladimir Putinin 2020-ci ilin iyul ayında imzaladığı fərmanın tələb etdiyi kimi Rusiyada uzun ömürlülük 2030-cu ildə 78 yaş olmalıdır.

Bizim.Media
 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO