Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi ərazisində yerləşən "Qızılqum" çimərliyində 2017-ci il təvəllüdlü azyaşlının itkin düşməsi barədə Fövqəladə Hallar Nazirliyi Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin ərazidə xidmət aparan xilasedicilərinə məlumat daxil olub.
FHN-dən Bizim.Media-ya verilən xəbərə görə, məlumatla əlaqədar dərhal axtarışlara cəlb olunan xilasedicilər qısa müddət sonra azyaşlını sağ-salamat taparaq ailə üzvlərinə təhvil veriblər.
Bizim.Media