Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Şəmkir su anbarında 1 nəfərin batma təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub.
Bizim.Media-ya bu barədə FHN-dən bildirilib. Məlumatla əlaqədar dərhal hadisə yerinə FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıcları cəlb edilib.
Həyata keçirilən operativ xilasetmə əməliyyatı sayəsində 1993-cü il təvəllüdlü Nəsibov Əli Vaqif oğlu “Şəmkir” dalğıc-axtarış qurupunun dalğıcları tərəfindən xilas edilib.
Bizim.Media