Xınalıq yolu bağlandı, bir kəndi SU BASDI – FOTO/VİDEO  

Xınalıq yolu bağlandı, bir kəndi SU BASDI – FOTO/VİDEO  

Hazırda oxunan: Xınalıq yolu bağlandı, bir kəndi SU BASDI – FOTO/VİDEO  

141726

Gecə saatlarında Qubanın Xınalıq İnzibati Ərazi Dairəsinə gələn güclü sel ciddi fəsadlar yaradıb. Nəticədə Qubadan Xınalıq kəndinə gələn yol bağlanıb. 

Xınalıq İnzibati Ərazi Dairəsinə daxil olan Bostankeş kəndi də selin fəsadları ilə üzə qalıb. Güclü sel  zü ilə daş-parçaları gətirib, kəndarası yollar bağlanıb.  

Bu barədə Bizim.Media-ya Bostankeş kənd sakini Kamal Nadirov məlumat verib.  

Onun sözlərinə görə, kənddə üç ev hazırda çox ciddi təhlükə qarşısındadır. Yenidən güclü sel gələrsə, evlər su altında qalacaq. 

Kənd sakini bildirib ki, əlaqədar qurumlar təcili olaraq tədbir görməsələr, selin Bostankeş kəndində ağır fəsadı olacaq:  

"Axşam elə bildik iki uşağı sel aparıb, şükür ki, onları tapdıq. Qaçıb tövlədə gizlənmişdilər".   

Quba FHN-nın sədri və Quba İcra Hakimiyyəti başçısının 1-ci müavini Tariyel İbrahimovun verdikləri məlumat görə, səhər saat 6-dan etibarən yolun açılması üçün işlərə başlanılıb: 

“Hazırda beş saylı yol istismar idarəsinin əməkdaşları Xınalıq yolunda işləri başa çatdırırlar, yol tezliklə açılacaq”.  

Bostankeş kəndində də müvafiq tədbirlərin görüləcəyi bildirilib.  
 













Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO