Biləsuvar rayonunda yenidən sel təhlükəsi gözlənilir.
Bizim.Media-nın Cənub bürosuna bu barədə rayon sakinləri məlumat verib.
Onların sözlərinə görə, İran ərazisindən Bolqarçay vasitəsilə rayon ərazisinə sel sularının daxil olması gözlənilir. Sakinlər bildirib ki, aidiyyəti qurumlar tərəfindən ehtiyatlı olmaq barədə məlumatlandırılıblar.
Qeyd edək ki, təxminən 2 həftə öncə, mayın 31-i saat 02:00 radələrində İran ərazisindən böyük su kütləsi Bolqarçay çayı vasitəsilə rayon ərazisinə daxil olub. Sel sularının qarşısının alınması üçün xüsusi qərargah yaradılıb.
Elşən Feyzullayev, Bizim.Media, Cənub bürosu.