Naxçıvan Fövqəladə Hallar Nazirliyinin xilasedici-dalğıcları üçün təlim keçirilib - VİDEO 

Naxçıvan Fövqəladə Hallar Nazirliyinin xilasedici-dalğıcları üçün təlim keçirilib - VİDEO 

Hazırda oxunan: Naxçıvan Fövqəladə Hallar Nazirliyinin xilasedici-dalğıcları üçün təlim keçirilib - VİDEO 

141494

Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən “Heydər Əliyev İli” çərçivəsində xilasedici-dalğıcların peşə hazırlığının artırılması və su hövzələrində insanların təhlükəsiz istirahətini təmin etmək məqsədilə təlim keçirilib. 

Bizim.Media xəbər verir ki, təlimin keçirilməsində əsas məqsəd xilasedicilərin suda boğulma halları ilə bağlı xilasetmə əməliyyatları, habelə ilkin yardımın göstərilməsi üzrə praktiki vərdişlərinin daha da təkmilləşdirilməsi olub. 

Təlimin planına uyğun olaraq Uzunoba Su Anbarında “şərti” olaraq 3 nəfərin suda batması ilə bağlı daxil olan məlumat əsasında şəxsi heyət hadisə yerinə cəlb olunub.

Ərazinin vizual kəşfiyyatı aparıldıqdan sonra dalğıc siqnallarının, eləcə də dalğıclar arasında vizual rabitə siqnalları diqqətə çatdırılıb, yardımçı vasitələrin köməyi ilə xilasetmə işlərinin səmərəli təşkil olunması şəxsi heyətə aşılanıb. 

Hadisə yerində heyətlərin fəaliyyətini təmin etmək üçün xilasedici və avarlı-motorlu qayıqlar, skuter, tənəffüs aparatları, təminedici dalğıc avadanlıqları, ilk tibbi yardım briqadaları və digər vasitələr cəlb edilib. 

Təlimin taktiki tapşırığına uyğun olaraq “şərti” suda batan vətəndaşlar axtarış-xilasetmə heyətləri tərəfindən xilas olunaraq aidiyyəti üzrə təhvil verilib. Zərərçəkənlərə ilkin tibbi yardım göstərilib və tibb məntəqəsinə təxliyə olunub. 
Sonda xilasedici-dalğıcların ən yaxşı dərininə enmə, 100 m məsafəyə uzununa üzmə, qayıq sürücüsü və ən yaxşı suçəkmə heyəti uğrunda yarış da keçirilib. Qaliblərə fəxri fərmanlar təqdim olunub. 
 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO