Xəbər verdiyimiz kimi Ukraynada Kaxovka su elektrik stansiyasının (SES) bəndi məhv edilib və Kaxovka su anbarında suyun səviyyəsi süni şəkildə 14 metrdən 17,5 metrə qaldırılıb.
Bizim.Media xəbər verir ki, SES Xerson vilayətinin Rusiyanın nəzarəti altında olan ərazilərində yerləşdiyindən bölgənin bir sıra ərazilərini su basıb.
Xerson vilayətinin sol sahilində daşqınla bağlı ən çətin vəziyyət Oleşkidə müşahidə olunub. Belə ki, şəhər demək olar ki, tamamilə su altında qalıb.
“Telegram” kanallarında Xersonda daşqın zonasına düşən yaşayış binasının çökməsinin video görüntüləri yayımlayıb.
Bizim.Media