Liftdə qalan azyaşlılar belə xilas edildi – VİDEO  

Liftdə qalan azyaşlılar belə xilas edildi – VİDEO  

Hazırda oxunan: Liftdə qalan azyaşlılar belə xilas edildi – VİDEO  

139755

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir. 

Nazirlikdən Bizim.Media-ya bildirilib ki, “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyatı qurumları tərəfindən ötən sutka ərzində 31 yanğına çıxış və 6 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.

Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib. 

Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində qəza-xilasetmə əməliyyatları zamanı 3-ü azyaşlı olmaqla 9 nəfər, o cümlədən Nardaran qəsəbəsi ərazisində dənizdə batma təhlükəsi ilə üzləşən 2 nəfər xilas edilib. 
 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO