"Prekrasnaya Rossiya bu-bu-bu” adlı "Youtube” layihəsinin növbəti verilişində tanınmış rusiyalı jurnalist Maksim Şevçenko qonaq olub.
Bizim.Media xəbər verir ki, verilişdə Qarabağ ərazisinin Azərbaycana məxsus olub-olmaması ilə bağlı yaranan mübahisədə Rusiya Prezidenti Vladimir Putinin mövqeyini vurğulayan Şevçenko "Qarabağ Azərbaycandır və mən bu məsələ ilə bağlı mübahisə etməyəcəm”, - deyə bildirib.
MÖVZU İLƏ BAĞLI:
«Milonovun Azərbaycana qarşı fikirlərinə Rusiya heç bir qiymət vermədi» - Şevçenko
O, həmçinin, kim istəsə gedib Azərbaycan əsgərindən müharibənin kimin ərazisində aparıldığını soruşa bilər, onlar izah edəcək deyə qeyd edib.
Verilişdə İkinci Qarabağ müharibəsindəki məğlubiyyətdən sonra etirazların baş verdiyi Ermənistandakı mövcud vəziyyət də müzakirə edilib.
Şevçenko Nikol Paşinyanın müharibədən sonra hakimiyyətdə qala bilməsinin və bəlkə də hələ uzun müddət hakimiyyətdə qalacağının səbəbi Rusiya, Türkiyə və Azərbaycanın, hətta Fransa liderlərinin ortaq maraqlarından irəli gəldiyini deyib.
Bizim.Media