Rusiyanın sülhməramlı kontingentinin Azərbaycanın Qarabağ iqtisadi rayonundakı müvəqqəti dislokasiya zonasında Ermənistanın qanunsuz silahlı birləşmələrinin təxribat fəaliyyəti davam edir.
Bizim.Media xəbər verir ki, etibarlı mənbələrdən “Minval”a daxil olan məlumata görə, əldə olunmuş razılaşmalara və Rusiyanın öhdəliklərinə zidd olaraq, Azərbaycanın Qarabağ iqtisadi rayonunda qalan erməni qanunsuz silahlı birləşmələri bu dəfə öz “tədbirlərini” Xocalı şəhərində hərbi poliqonda keçirirlər.
Xatırladaq ki, Xocalı aeroportunun ərazisində sülhməramlıların bazası yerləşir. Artıq birbaşa göz qarşısında, ermıni separatçıları hərbi təlimlər, o cümlədən atəş gücü üçün tədbirlər həyata keçirirlər.
Həmin video görüntüləri təqdim edirik:
Bizim.Media