Elm və təhsil naziri Emin Əmrullayevin bir neçə gün öncə səsləndirdiyi bir fikir geniş müzakirə mövzusuna çevrilib. Söhbət məktəblərdə dərslərin sentyabrın 1-i başlamasından gedir.
Bizim.Media xəbər verir ki, mövzuya təhsil eksperti Kamran Əsədov münasibət bildirib.
Onun sözlərinə görə, dərslərin sentyabrın 15-dən deyil, 1-dən başlamasını təmin etmək lazımdır.
Ekspertin fikrincə, dünya ölkələrində dərslər havanın temperaturuna uyğun şəkildə başlayır. Bu səbəbdən də ölkəmizdə dərslər sentyabrın 1-də başlamalı və mayın 31-i bitməlidir. Çünki Azərbaycanda sentyabrın 1-i ilə 15-i arasındakı hava temperaturu, iyun ayının 1-dən 14-ə qədər olan temperturla eyni deyil.
Ekspert hesab edir ki, dərslərin sentyabrın 1-də başlaması həm də 34 həftəlik dərs yükünün tam şəkildə təşkil edilməsinə şərait yaradacaq.
“Qəbul imatahanlarının mart ayında keçirildiyini nəzərə alsaq, bu həm də şagirdlərə imtahan üçün əlavə 2-3 həftə qazandıracaq. Bu qərarın qəbul olunması həm də maliyyə problemlərini də aradan qaldıracaq”,- deyə ekspert bildirib.
Qeyd edək ki, nazir Emin Əmrullayev bugünlərdə çıxışı zamanı təhsil işçisi kimi məktəblərdə tədrisin sentyabrın 1-dən başlamasını daha uyğun hesab edib. Məsələ ilə bağlı Elm və Təhsil Nazirliyindən bildirilib ki, hazırda bu prosesin dəyişdirilməsi müzakirə olunmur.
Mövzu ilə bağlı daha ətraflı videomaterialda:
Bizim.Media