Hazırda Azərbaycan ərazisində müşahidə edilən faktiki hava ilə bağlı məlumat açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Bizim.Media-ya verilən məlumata görə, ölkə ərazisində hava şəraiti qeyri-sabit keçib, şimşək çaxıb, arabir yağış yağıb, bəzi yerlərdə leysan xarakterli intensiv olub.
Hazırda dağlıq ərazilərdə qar yağır.
Qar örtüyü əmələ gəlmiş: Şahdağ, Xınalıqda 3 sm, Qrızda 2 sm olub.
Şimal-qərb küləyi arabir Naftalanda 20 m/s, Naxçıvanda 18 m/s, Ceyrançöldə 16 m/s, Bakıda və Abşeron yarımadasında arabir 25 m/s-dək güclənib, Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 3.8 metrə çatıb.
Zaqatala, Şəki, Qax, Şamaxı, Qusar, Qrız, Şabran, Göyçay, Lerik, Sumqayıt, Maştağada duman müşahidə olunub.
Mayın 14-də havanın temperaturu iqlim normasından 2.8° aşağı olub, havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 13°-dək isti, Naxçıvanda 5-10° isti, dağlıq rayonlarda 3-5° isti, yüksək dağlıq rayonlarda 3°-dək şaxta, aran rayonlarında 13°-dək isti olub.
Bizim.Media