Tehranın Bəharistan bölgəsində yerləşən SEPAH-ın Mühafizə Qərargahı inqilabçı gənclər tərəfindən yandırılıb.
Bizim.Media xəbər verir ki, bu barədə “Azad İran” teleqram kanalı məlumat yayıb.
Bildirilib ki, son bir həftə ərzində 23 etnik bəluç gəncin İran hakimiyyəti tərəfindən edam olunmasına cavab olaraq, Tehran əyalətində yerləşən SEPAH-ın "Seyyid əş-Şühəda" Korpusuna bağlı Bəsic qüvvələrinə məxsus "Əbülfəzl" bazası ardıcıl partlayışlara məruz qalaraq yanıb.
Bizim.Media