Rusiyanın “Vaqner” özəl hərbi qrupu Ukraynanın Baxmut şəhərini tərk edir.
Bizim.Media xəbər verir ki, bu barədə “Vaqner”in rəhbəri Yevgeni Priqojin bildirib.
O, videomüraciət yayaraq silah-sursat çatışmazlığı səbəbindən mayın 10-da Baxmutu tərk edəcəklərini söyləyib.
O, Rusiya müdafiə naziri Sergey Şoyqu və Silahlı Qüvvələrin Baş Qərargah rəisi Valeri Gerasimovu tutduqları vəzifələrin öhdəsindən gələ bilməməkdə, bilərəkdən “Vaqner” qruplaşmasını silah-sursatla təmin etməməkdə ittiham edib.
O, yerə səpələnmiş meyitləri göstərərək deyib:
"Bizdə 70 faiz sursat çatışmazlığı var. Şoyqu, Gerasimov, qancıq balaları, hanı sursatlar? Siz iyrənc məxluqlar, bahalı klublarda oturursunuz. Övladlarınız "yuotube"da rolik çəkir. Burada ölən uşaqlar kiminsə atası, balasıdır.
Hesab edirsiniz ki, həyatın sahibi sizsiniz? Elə bilirsiniz sursat anbarları sizdədir deyə, buna haqqınız var?
Elementar hesablamadır: Sursatı normada verəndə itki beş dəfə az olur. Onlar bura könüllü gəliblər və sizin kabinetdə piy bağlamağınız üçün ölürlər. Bunu unutmayın!".
Bizim.Media