İctimai Televiziya və Türkiyənin Haber Global telekanalı arasında ortaq yayım təşkil olunub.
Bizim.Media xəbər verir ki, yayımın əsas mövzusu Azərbaycan - Türkiyə münasibətləri olub.
Bakı və İstanbuldakı televiziya studiyalarına qoşulan hər iki ölkə təmsilçisi ekspertlər indiyədək Azərbaycan və Türkiyənin qarşılıqlı əlaqələr tarixini “bir əsrilik qardaşlıq” kimi səciyyələndiriblər.
Mütəxəssislərin sözlərinə görə, ötən illər ərzində iki ölkə arasında çox sayda mühüm əhəmiyyətə malik strateji ortaq layihələr həyata keçirilsə də, inteqrasiya prosesi hələ də geniş perspektivlərə malikdir.
Bildirilib ki, müasir dövrdə Azərbaycan – Türkiyə münasibətləri qlobal siyasi proseslər fonunda xüsusi dəyər qazanıb. Belə ki, ölkələrdən hər biri digəri üçün beynəlxalq aləmdə əsl arxa-dayağa çevrilib.
Daha ətraflı aşağıdakı videomaterialda:
Bizim.Media