Ermənilər mövqelərimizi İran istehsalı zenitlərlə ATƏŞƏ TUTUR - ANBAAN VİDEO 

Ermənilər mövqelərimizi İran istehsalı zenitlərlə ATƏŞƏ TUTUR - ANBAAN VİDEO 

Hazırda oxunan: Ermənilər mövqelərimizi İran istehsalı zenitlərlə ATƏŞƏ TUTUR - ANBAAN VİDEO 

130206

Ermənistan Silahlı Qüvvələri Azərbaycan hərbçiləri ilə toqquşma zamanı İran istehsalı zenit-raket komplekslərindən istifadə edir. 
 

MÖVZU İLƏ BAĞLI:

Ermənistandan növbəti təxribat - Şəhid və yaralımız var


Bizim.Media xəbər verir ki, bu barədə erməni mətbuatında video görüntülər yayılıb. 

Qeyd edək ki, aprelin 11-i Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonu istiqamətində yerləşən üzbəüz mövqelərini atıcı silahlardan intensiv atəşə tutub. 

Qarşı tərəfin törətdiyi təxribat nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları şəhid olub və yaralanıb. Hazırda Ordumuzun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülür. 

Ermənistan müdafiə nazirliyi də orduda itkilərinin olduğunu təsdiqləyib. Azərbaycan Ordusunun həyata keçirdiyi cavab tədbirləri nəticəsində 3 erməni hərbçisi məhv edilib, çoxlu sayda yaralanan var. Yaralılar arasında Ermənistan silahlı qüvvələrinin xüsusi təyinatlı korpusunun komandiri Armen Gözəlyan da var. 


Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO