Paytaxtı bir-birinə qatan tələbə xəstəxanaya YERLƏŞDİRİLDİ - VİDEO

Paytaxtı bir-birinə qatan tələbə xəstəxanaya YERLƏŞDİRİLDİ - VİDEO

Hazırda oxunan: Paytaxtı bir-birinə qatan tələbə xəstəxanaya YERLƏŞDİRİLDİ - VİDEO

129868

Dünən Bakının mərkəzi yollarında “Volkswagen Touareg” markalı avtomobili arxa-arxaya sürərək yol hərəkəti qaydalarını kobudcasına pozan 20 yaşlı Rauf Cabbarbəyli xəstəxanaya yerləşdirilib.

Bizim.Media “qafqazinfo.az”a istinadən xəbər verir ki, saxlanıldıqdan sonra Nərimanov RPİ-nin 18-ci Polis Bölməsinə təhvil verilən Raufun psixoloji problemlərinin olması müəyyən edilib. Onun həkim nəzarətində saxlanılmasına qərar verilib.
 

MÖVZU İLƏ BAĞLI:

Bakıda həyəcanlı anlar: Sürücü avtomobili ilə polisdən qaçmağa çalışdı - VİDEO


Baş Dövlət Yol Polisi İdarəsindən məlumatı təsdiq ediblər. 

O da məlum olub ki, hazırda Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Kimya Mühəndisliyi fakültəsinin tələbəsi olan Rauf 2020-ci ildə buraxılış imtahanlarında 238,7 bal toplayıb və hazırlaşdığı tədris mərkəzi ən yaxşı tələbələri arasında onun da fotosunu paylaşıb. 

Yayılan məlumatda Rauf Cabbarbəylinin dünən Azadlıq meydanı yaxınlığında çılpaq soyunaraq sükan arxasında əyləşməsi və oradan başlayaraq avtomobili arxa-arxaya sürdüyü bildirilib. Həmçinin R.Cabbarbəylinin hadisə vaxtı narkotik vasitənin təsiri altında olması iddia edilib.
 




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO