Bölgələrə dolu düşüb - VİDEO

Bölgələrə dolu düşüb - VİDEO

Hazırda oxunan: Bölgələrə dolu düşüb - VİDEO

129406

Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən Bizim.Media-ya bildirilib ki, aprelin 7-nə olan məlumatına əsasən ölkə ərazisində hava şəraiti qeyri-sabit olub, bəzi yerlərdə arabir yağış, dağlıq ərazilərdə qar yağıb, ayrı-ayrı yerlərdə dolu düşüb. 

Proses radar sistemləri ilə müşahidə edilib. Qar örtüyünün hündürlüyü Şahdağda 9 sm, Qrızda 2 sm olub. 

Yağan yağıntının miqdarı Qaxda 37.0 mm (aylıq normanın 29%-i), Mingəçevirdə 33.0 mm (aylıq normanın 96%-i), Şəkidə 22.0 mm (aylıq normanın 24%-i), Ağdamda 20.0 mm (aylıq normanın 41%-i), digər rayonlarda düşən yağıntının miqdarı 5.0-11.0 mm olub.
Aprelin 6-da Oğuz rayonu Başdaşağıl kəndi ərazisinə saat 16:00-16:20 radələrində diametri 12-17 mm, Şəki rayonu ərazisinə xırda dənəli dolu, saat 18:00 radələrində isə Qax rayonunun Cəlayır, Qıpçaq, Üzümlü, Vərəzət kəndlərinə dolu düşüb.
 

 


Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO