Bakıda hipermarketdəki silahlı insidentin gizli məqamları - VİDEO

Bakıda hipermarketdəki silahlı insidentin gizli məqamları - VİDEO

Hazırda oxunan: Bakıda hipermarketdəki silahlı insidentin gizli məqamları - VİDEO

128609

Bakının Xətai rayonunda martın 4-ü hipermarketdə baş verən silahlı insidentlə bağlı bəzi gizli məqamlar açıqlanıb.

Bizim.Media xəbər verir ki, bununla bağlı Baku TV-yə həmin hadisəni araşdıran əməliyyatçı danışıb.
 

MÖVZU İLƏ BAĞLI:

Paytaxtda hipermarketə silahlı hücumda ələ keçirilən PULUN MƏBLƏĞİ 


O bildirib ki, hadisədən 5 dəqiqə sonra ticarət obyektinin həyəcan siqnalı sıxılıb, 2 dəqiqə 30 saniyədən sonra mühafizə polisinin əməkdaşları, bir qədər sonra isə polisin əməliyyat qrupları hadisə yerinə gəliblər:

“Cinayət hadisəsi üzrə tərtib edilən əməliyyat planları icraya yönəldilib. Əməliyyat planlarına əsasən Daxili İşlər Nazirliyinin aidiyyəti qüvvələri koordinasiyalı şəkildə cinayətin isti izlərlə açılması və cinayəti törətmiş şəxslərin yaxalanması istiqamətində tədbirlərə başlayıb”.

Qeyd edək ki, martın 4-də günorta 12 radələrində paytaxtın Xətai rayonu ərazisində yerləşən hipermarketlərdən birində silahlı insident baş verib.

Hadisə hipermarketdə yerləşən bankların birinə məxsus bankomata külli miqdarda pul yerləşdirilən zaman qeydə alınıb.
 

MÖVZU İLƏ BAĞLI:

Bakıda hipermarketə silahlı basqının TƏFƏRRÜATI: “Planlaşdırılan cinayət idi” – VİDEO


Hadisə zamanı bankın əməkdaşı Samir Şeydayev müxtəlif xəsarətlər alıb, onun mühafizəsini təşkil edən Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin əməkdaşı Rüfət Həşimov isə ölüb.

Ətraflı videonu təqdim edirik:


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO