Ərdəbilli sənətçi və yazıçı Hüseyn Həsənnejad anası ilə birlikdə Ərdəbil kəndlərində uşaqlara Azərbaycan dilində kitablar paylayıb.
Bizim.Media xəbər verir ki, bundan öncə də güneyli sənətçi oxşar mədəni aksiyalar keçirib və Azərbaycan kəndlərində uşaqlara Ana dilinə rəğbət yaratmaq üçün Azərbaycan dilində kitab paylama kampaniyası keçirmişdi.
O, Xoyda baş verən zəlzələdən zərər çəkən uşaqlara dəstək üçün əsərlərini satıb onlara yardım edib.
"Anamın əhval-ruhiyyəsini sevirəm. Xəstəliyinə baxmayaraq, uşaqlara türkcə kitab hədiyyə etməklə yeni günəş ilinin ilk gününü başladı" - deyə güneyli sənətçi özünün sosial media hesabında yazıb.
Bizim.Media