Son həftələrdə havaların quraq keçməsi su qıtlığı ilə bağlı müəyyən problemləri ortaya çıxarıb.
Bizim.Media xəbər verir ki, yazın gəlişi bəzi ekoloji problemləri daha da qabardır.
Çünki əkinçiliyin başladığı dönəmdə suya olan tələbat artır. Lakin hazırda əkinlərin suvarılması üçün önəmli rol oynayan Kür çayı qurumağa davam edir.
Ekoloq Rauf Sultanov deyir ki, yaz aylarında Kürün yenidən əvvəlki vəziyyətinə qayıtması mümkün ola bilər.
Ekoloqun sözlərinə görə, bu il də, xüsusilə yaya doğru Xəzər dənizinin geri çəkilməsi davam edəcək.
Ekoloq həmçinin suyun geri çəkilməsinin Xəzər dənizi üçün xarakterik xüsusiyyət olduğunu vurğuladı. Onun sözlərinə görə, ötən 200 il ərzində Xəzər dənizində dəfələrlə qabarma və çəkilmələr olub və bu hal ekoloji fəlakət deyil.
“Xezerxeber.az”ın mövzu ilə bağlı videomaterialını təqdim edirik:
Bizim.Media