Avropa İttifaqının səfiri Azərbaycan xalqını təbrik etdi - VİDEO

Avropa İttifaqının səfiri Azərbaycan xalqını təbrik etdi - VİDEO

Hazırda oxunan: Avropa İttifaqının səfiri Azərbaycan xalqını təbrik etdi - VİDEO

126325

Avropa İttifaqının (Aİ) ölkəmizdəki nümayəndəliyinin rəhbəri Peter Mixalko Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib.

Bizim.Media xəbər verir ki, Aİ səfiri təbrik videosunu özünün tvitterdəki səhifəsində yerləşdirib.

“Əziz Azərbaycan xalqı, bahar ətirli, sevgi dolu Novruz üzünüzə gülsün. Süfrəniz bərəkətli, ruziniz bol olsun!

Əzizinəm yaz gəlsin,

Yaz gəlsin, bahar gəlsin,

Bu Novruz bayramında,

Qəm getsin, sevinc gəlsin.

Novruz bayramınız mübarək olsun!” - Peter Mixalko paylaşımında deyib.

Səfir sonda xanımıyla Novruzun ənənələrindən olan yumurta döyüşdürüb.
 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO