Tehranda itkin düşən azərbaycanlının yaxınlarından İran səfirliyinin qarşısında ETİRAZ - VİDEO

Tehranda itkin düşən azərbaycanlının yaxınlarından İran səfirliyinin qarşısında ETİRAZ - VİDEO

Hazırda oxunan: Tehranda itkin düşən azərbaycanlının yaxınlarından İran səfirliyinin qarşısında ETİRAZ - VİDEO

126059

Almaniyadakı Yena Universitetinin azərbaycanlı tələbəsi, İranda yoxa çıxan 27 yaşlı Fərid Səfərlinin yaxınları İranın Azərbaycandakı səfirliyi qarşısında piket keçirib.

Bizim.Media "apa.az" a istinadən xəbər verir ki, piket iştirakçıları "Fəridi qaytarın!", "Biz məlumat istəyirik!", "Fəridi azad edin!", "Fəriddən xəbər verin!" kimi şüarlar səsləndiriblər.

Sonda onlar İran səfirliyinə piketlə bağlı qətnamə təqdim ediblər.

Qeyd edək ki, Almaniyadakı Yena Universitetinin azərbaycanlı tələbəsi, 27 yaşlı Fərid Səfərli İranda itkin düşüb.
Məlumata görə, Fərid Səfərli fevralın 20-də eyni universitetdə təcrübə keçmiş həkim sevgilisini görmək üçün Tehran şəhərinə gedib.

F. Səfərli martın 5-də Almaniyaya qayıtmalı olsa da, ondan hələ də xəbər yoxdur.
 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO