Parisdə pensiya islahatına qarşı səkkizinci nümayiş başlayıb.
Bizim.Media xəbər verir ki, nümayişçilər şəhərin mərkəzi küçələrinə çıxaraq Makron hökuməti əleyhinə şüarlar səsləndirirlər.
Xalqın narazılığına səbəb olan pensiya islahatlarına dair sabah Fransa parlamentində yekun qərar verilməlidir.
Qeyd edək ki, martın 7-dən Parisdə komunal işçilər pensiya islahatına qarşı etiraz edərək işə çıxmırlar. Fransa Prezidenti Makronun apardığı sosial siyasəti nəticəsində ölkə ciddi problemlərlə üzləşib.
Pensiya yaşının artırılması ilə bağlı təkliflər və hökumətin israrı vətəndaşların ciddi narazılığına səbəb olub. Bu səbəbdən də Fransada insanlar tətil edir, işə çıxmır. Hətta tətil nəticəsində də Parisdə zibillər aşıb-daşmağa başlayıb.
Bizim.Media