Bu gün günorta saatlarında çəkilən video və foto materiallarda erməni silahlılarının hərbi karvanı Xankəndi-Xəlfəli-Turşsu torpaq yolu ilə hərəkət edib.
Bizim.Media xəbər verir ki, materialı caliber.az saytı əldə edib.
Görüntülərdə aydın olur ki, erməni separatçılarının hərbi karvanı Rusiya sülhməramlı kontingentinin müşayiəti ilə gedib.
Karvanın əvvəlində Rusiya sülhməramlı kontingentinin iki “UAZ Patriot” maşını, ardınca qanunsuz erməni silahlı birləşmələrinə məxsus bir brezentli “Ural” və su çəni olan “KamAZ” yer alıb. Sonda gedən “BTR-82A”da isə Rusiya bayrağı qaldırılıb.
Karvan qanunsuz erməni silahlı birləşmələrinin postlarını ərzaq, su və sursatla təmin etmək üçün hərəkət edib.
Bizim.Media