"44 gün davam edən Vətən müharibəsində Azərbaycan 30 il işğal altında qalan torpaqlarını azad etdi. Azad edilmiş ərazilərdə yeni yollar inşa edilir, tarixi məkanlar bərpa olunur. Türkiyə ilə Azərbaycanı bir-biri ilə bağlayacaq Zəngəzur dəhlizinə isə addım-addım yaxınlaşırıq".
Bizim.Media xəbər verir ki, bu barədə “TRT Haber”in saytında yer almış “Zəngəzur dəhlizi addım-addım reallaşır” sərlövhəli məqalədə bildirilib.
Qeyd olunur ki, mütəxəssislərin fikrincə, Zəngəzur dəhlizi kifayət qədər əhəmiyyətlidir.
Məqalədə, həmçinin bildirilib ki, Vətən müharibəsi Zəngəzur dəhlizinin açılmasına şərait yaradıb:
“Zəngəzur dəhlizinin açılması sayəsində Türkiyə ilə Azərbaycan arasında yeni kommunikasiya xətləri təmin olunacaq. Həmçinin, Azərbaycan vasitəsilə Türkiyə ilə Rusiya arasında quru və dəmiryolu inşa ediləcək”.
Bizim.Media