Avtomobil plyonkalarına tələbat artıb - VİDEO

Avtomobil plyonkalarına tələbat artıb - VİDEO

Hazırda oxunan: Avtomobil plyonkalarına tələbat artıb - VİDEO

124021

Avtomobil plyonkalarına tələbat xeyli artıb, qiymətlər isə demək olar ki, dəyişməyib.

Bizim.Media xəbər verir ki, hazırda bazarda 10 manatdan 300 manatadək şüşə örtükləri satılır.

Qiyməti isə qalınlığına və keyfiyyətinə görə dəyişir. Həmçinin plyonkaların avtomobillərə çəkilməsi də ödənişə daxildir.

Satıcıların sözlərinə görə, qiymətlər olduğu kimi qalıb, yəni bahalaşma yoxdur. Ən çox tələbat isə orta qiymətə olan plyonkalaradır.
Sürücülər də ucuz plyonkaları almadıqlarını deyirlər. Onlar düşünürlər ki, belə üzlüklər tez sıradan çıxır. Ona görə də aşağı qiymətə dəfələrlə plyonka çəkdirməkdənsə, normal məbləğə keyfiyyətlisini almaq daha sərfəlidir.

Avtomobil sahibləri həmçinin plyonka qiymətlərinin olduqca yüksək olduğu qənaətindədirlər.

Xəzər televiziyasının mövzu ilə bağlı hazırladığı videomaterialı təqdim edirik:
 


Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO