Dünən toqquşmaların baş verdiyi torpaq yolu (Xankəndi-Xəlfəli-Turşsu) ilə Ermənistandan Azərbaycanın Qarabağ bölgəsinə silah-sursat və yanacağın daşınmasına dair video sübutlar əldə edilib.
Bizim.Media xəbər verir ki, bununla bağlı görüntüləri caliber.az saytına hərbi dairələrdəki mənbə verib.
Gördüyümüz kimi daşınma gecə-gündüz həyata keçirilir və hər iki istiqamətdə nəqliyyatın hərəkəti müşahidə olunur.
Belə ki, əgər ilk saniyələrdə Xankəndidən Ermənistan istiqamətinə hərəkət görürüksə, 8 və 39-cu saniyələrdə Ermənistandan Xankəndinə doğru hərəkətlilik var. 46-cı saniyədə isə yenə Xankəndidən Ermənistana doğru hərəkət qeydə alınıb.
Üçtərəfli Bəyanata görə, Ermənistanla Azərbaycanın Qarabağ bölgəsi arasında yeganə əlaqə yolu Laçın yoludur və o, mülki yüklərin və mülki şəxslərin daşınmasına xidmət etməlidir. Ona görə də Bakı bu yol boyu rabitənin təhlükəsizliyini öhdəsinə götürüb.
Ermənistan ölkəmizə qarşı təcavüzkar işğalçılıq siyasətindən əl çəkmir, Azərbaycan ərazisindəki separatçıları qaçaqmalçılıq yolu ilə daimi silahlandırır.
Xatırladaq ki, adı şəkilən topraq yolunda dünən hərbçilərimiz şəhid olub.
Bizim.Media