Rusiyanın “Vaqner” muzdlu qüvvələrinin yaradıcısı Yevgeni Priqojin cümə günü yayımladığı videoda Ukraynanın Baxmut şəhərinin onun qüvvələri tərəfindən “praktiki olaraq mühasirəyə alındığını” və Kiyev qüvvələrinin yalnız bir yolunun kənarda qaldığını bildirib.
Bizim.Media xəbər verir ki, bu barədə "Reuters" nəşri məlumat yayıb.
Bildirilib ki, Priqojinin adamları aylardır Ukraynanın şərqindəki hücuma rəhbərlik ediblər. Moskva Sovet dövründə Artyomovsk adlandırdığı Baxmutu, Kramatorsk və Sloviansk kimi daha böyük şəhərləri ələ keçirmək üçün faydalı bir pillə kimi qiymətləndirir.
Videoda hərbi forma geyinən Priqojin Ukrayna prezidenti Vladimir Zelenskini qoşunlarını kiçik şəhərdən çıxarmağa çağırıb.
Bizim.Media