Qurtuluş savaşını başladan adam kimi qəbul edilən Sütçü İmam türbəsi Kahramanmaraş şəhərində yerləşir.
Bizim.Media xəbər verir ki, Maraş qalası yaxınlığında yerləşən türbədə xəsarət nəzərə çarpmasa da, tarixi abidənin yer aldığı həyətdə yerləşən məsçidin minarəsi uçub, binanın əsas sütunları xəsarət görüb.
Bir zamanlar bədnam yadellilərin işğalına son qoyulması üçün ilk güllələri atan, qurtuluş savaşında aldığı ağır yaralar səbəbindən şəhid olan Sütçü İmamın şəninə inşa edilən məqbərə indi ehtiyac sahibi olan suriyalı köçkünlərə qucaq açıb, onların pənah yerinə çevrilib.
Bundan başqa Maraş qalasının aşağı divarlarında da uçqunlar nəzərə çarpır. Sakinlər deyir ki, ard-arda baş verən yeraltı təkanlar qala divarlarındakı uçqunu daha da genişləndirib. Məhz bu səbəbdən qalaya giriş məhdudlaşdırılıb.
Elgün Gəncimsoy, Bizim.media, Türkiyə, Kahramanmaraş.